İtaliyanın “Milan” futbol klubu Ruben Amorimin baş məşqçi təyin olunması ilə bağlı danışıqları davam etdirir.
İdman.Biz xəbər verir ki, portuqaliyalı mütəxəssis klubla müzakirə olunan bütün şərtləri qəbul etməyə hazır olduğunu bildirib.
Amorim “Milan”ın baş məşqçisi olmaq istəyir və hazırda klub rəhbərliyindən yekun razılıq gözləyir. Tərəflər arasında danışıqlar müsbət istiqamətdə davam etsə də, təyinat hələ rəsmən açıqlanmayıb.
41 yaşlı mütəxəssis “Milan”ın baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunur.
Amorimin son iş yeri İngiltərənin “Mançester Yunayted” futbol klubu olub. O, 2026-cı ilin yanvarında uğursuz nəticələrdən sonra komandadan ayrılıb.
Qeyd edək ki, “Milan” Çempionlar Liqasına vəsiqə qazana bilmədikdən sonra Massimiliano Alleqri ilə yollarını ayırıb.
