İngiltərənin “Lester Siti” futbol klubu Rassell Martini yeni baş məşqçi təyin etməyə hazırlaşır.
İdman.Biz xəbər verir ki, tərəflər arasında aparılan danışıqlar müsbət nəticələnib. 40 yaşlı mütəxəssisin gələn həftə klubun yeni baş məşqçisi kimi rəsmən təqdim olunacağı gözlənilir.
Martinin “Lester Siti” ilə üçillik müqavilə imzalayacağı qeyd olunur. O, ötən mövsümün sonuna qədər komandaya rəhbərlik edən Qari Rouetti əvəz edəcək.
Şotlandiyalı mütəxəssisin son iş yeri “Reyncers” olub. Martin 2025-ci ilin oktyabrında uğursuz nəticələrə görə Qlazqo klubundan ayrılıb.
O, daha əvvəl İngiltərədə “Milton Kins Dons”, “Suonsi” və “Sauthempton” komandalarına rəhbərlik edib. Martin “Sauthempton”u 2023/2024 mövsümündə pley-off vasitəsilə Premyer Liqaya yüksəldib.
Qeyd edək ki, “Lester Siti” ötən mövsüm Çempionşipdə 23-cü yeri tutaraq İngiltərə Birinci Liqasına düşüb.
