17 yaşadək futbolçulardan ibarət millimiz Qazaxıstanla yenidən qarşılaşacaq

9 İyun 2026 11:18
85
17 yaşadək futbolçulardan ibarət millimiz Qazaxıstanla yenidən qarşılaşacaq

Bu gün Qəbələdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ikinci yoxlama oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, U-17 Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandası ilə ikinci dəfə qarşılaşacaq.

Görüş Qəbələ şəhər stadionunda, saat 17:30-da başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk görüşdə Qazaxıstan millisi 5:2 hesablı qələbə qazanıb.

İdman.Biz