İnfantino dünya çempionatının kommersiya hüquqlarından pay satmağı planlaşdırır

28 İyul 2026 20:45
104
İnfantino dünya çempionatının kommersiya hüquqlarından pay satmağı planlaşdırır

FIFA prezidenti Canni İnfantino dünya çempionatının kommersiya hüquqlarında payların özəl investorlara satılması planını hazırlayır.

İdman.Biz "The Times" nəşrinə istinadən xəbər verir ki, bu istiqamətdə ABŞ prezidenti Donald Trampın administrasiyasına yaxın şəxslərlə danışıqlar aparılıb.

Bildirilir ki, İnfantino turnirin kommersiya hüquqlarını əldə edəcək yeni şirkətdə "komissar" vəzifəsini tuta bilər. Bu sxemin həyata keçirilməsi FIFA prezidentinə şəxsən on milyonlarla funt gəlir gətirə bilər.

Qeyd edək ki, 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksikanın ev sahibliyi ilə keçirilib. Turnirin qalibi finalda Argentinanı əlavə vaxtda 1:0 hesabı ilə məğlub edən İspaniya millisi olub.

İdman.Biz