"Liverpul" İngiltərə millisinin iki müdafiəçisi ilə maraqlanır

28 İyul 2026 20:15
98
"Liverpul" İngiltərə millisinin iki müdafiəçisi ilə maraqlanır

"Liverpul" İngiltərə millisinin müdafiəçiləri Con Stounz və Ezri Konsanın transferini nəzərdən keçirir.

İdman.Biz "TEAMtalk" nəşrinə istinadən xəbər verir ki, Mersisayd təmsilçisi hər iki futbolçu ilə maraqlanır.

Azad agent statusunda olan Con Stounzun "Liverpul"a keçidə qarşı olmadığı bildirilir. 2026-cı il dünya çempionatındakı çıxışından sonra futbolçunun transfer bazarındakı mövqeyi daha da güclənib.

"Liverpul"un baş məşqçisi Andoni İraola isə "Aston Villa"nın müdafiəçisi Ezri Konsanın mümkün transferinin komandanın taktiki imkanlarını genişləndirəcəyini düşünür.

2026-cı il dünya çempionatında Konsa 8 oyunda iştirak edib və 1 qol vurub. Stounz isə mundialda 5 qarşılaşmaya çıxıb, məhsuldar fəaliyyəti ilə seçilməyib.

İdman.Biz