Denzel Dumfris “Real Madrid”ə keçdi

7 İyun 2026 17:42
115
Denzel Dumfris “Real Madrid”ə keçdi

İtaliyanın “İnter” futbol komandasının niderlandlı müdafiəçisi Denzel Dumfris karyerasını İspaniyanın “Real Madrid” futbol klubunda davam etdirəcək.

İdman.Biz xəbər verir ki, Milan təmsilçisinin idman direktoru Pyero Auzilio futbolçunun Madrid klubuna keçidini təsdiqləyib.

“Dumfris “Real Madrid”ə qoşuldu. Ona ən yaxşısını arzulayıram. Onun illər ərzində “İnter”ə nə verdiyini yaxşı bilirəm. Onun “neradzurri” ürəyi var və bəlkə də bir gün yollarımız yenidən kəsişəcək”, - deyə Auzilio bildirib.

Dumfris Niderlandda Madrid klubu üçün tibbi müayinədən keçib.

Daha əvvəl “Real Madrid”in futbolçunun müqaviləsindəki 20 milyon avroluq (40 milyon AZN) sərbəstqalma bəndini aktivləşdirmək niyyətini “İnter”ə rəsmən bildirdiyi qeyd olunurdu.

İdman.Biz