Bernardo Silvadan “Barselona” etirafı

7 İyun 2026 15:13
113
Bernardo Silvadan “Barselona” etirafı

“Mançester Siti”dən ayrılan portuqaliyalı futbolçu Bernardo Silva karyerasını İspaniyada davam etdirmək variantını nəzərdən keçirir.

İdman.Biz xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi “Barselona”nın onun üçün mümkün variantlardan biri olduğunu təsdiqləyib.

“Barselona”? Bu, məndə olan variantlardan biridir, amma hələ qərar verməmişəm. Əslində, çox variantım var və konkret klub haqqında danışmaq istəmirəm. Çünki qərar qəbul etməmişəm və müqavilə imzalanmayıb. Mənə maraq göstərən, həqiqətən ehtiyac duyan komandaya keçməyə çalışacağam. Bu, mənim üçün çox vacibdir”, - deyə Silva bildirib.

Portuqaliyalı futbolçu gələcəyi ilə bağlı yekun qərarı 2026-cı il Dünya Çempionatından sonra verəcəyini söyləyib.

İdman.Biz