İspaniyanın “Real Madrid” futbol komandasının hücumçusu Vinisius Juniorun gələcəyi klubda prezident seçkisi fonunda yenidən müzakirə mövzusuna çevrilib.
İdman.Biz xəbər verir ki, prezidentliyə namizəd Enrike Rikelmeyə yaxın mənbələr braziliyalı futbolçunun mümkün satışını istisna etmirlər. İddiaya görə, Rikelme Vinisiusun davranışının Madrid təmsilçisinin imicinə mənfi təsir göstərdiyini düşünür.
“Real Madrid”in prezidenti Florentino Peres isə əksinə, Vinisiusu komandada saxlamaq istəyir. Klub rəhbəri braziliyalı futbolçunun Madriddə qalmasını arzuladığını bildirib.
