Əlcəzairdə ölkə çempionluğu möhtəşəm şou ilə qeyd olundu - VİDEO

6 İyun 2026 13:18
134
Əlcəzairdə ölkə çempionluğu möhtəşəm şou ilə qeyd olundu - VİDEO

Əlcəzairdə futbol mövsümünün sonuna yaxın çempionluğunu rəsmiləşdirən paytaxtın “Muludiya” klubunun azarkeşləri möhtəşəm bayram tədbiri keçiriblər.

İdman.Biz xəbər verir ki, paytaxt Əlcəzairi təmsil edən komanda ölkə çempionatının qızıl medallarını tarixində 10-cu dəfə qazanıb. Bu nəticə sensasiya sayılmasa da, azarkeşlərin təşkil etdiyi təntənəli şou böyük marağa səbəb olub.

Komandanın tərəfdarları şəhərin müxtəlif yerlərində minlərlə məşəl yandıraraq gecə səmasını işıqlandırıblar. Rəngarəng mənzərə çempionluq sevincinin simvoluna çevrilib.

İdman.Biz
Məqalədə: