Mourinyonun “Qalatasaray” barədə şikayəti rədd edildi

5 İyun 2026 12:13
124
Mourinyonun “Qalatasaray” barədə şikayəti rədd edildi

Türkiyənin “Fənərbağça” futbol klubunun sabiq baş məşqçisi Joze Mourinyonun “Qalatasaray”a qarşı açdığı mənəvi təzminat iddiası rədd edilib.

İdman.Biz xəbər verir ki, İstanbul Anadolu 36-cı Asliye Hüquq Məhkəməsi portuqaliyalı mütəxəssisin 1 milyon 907 min Türkiyə lirəsi (70 min AZN) məbləğində tələbini təmin etməyib.

Qərar 24 fevral 2025-ci ildə keçirilən “Qalatasaray” - “Fənərbağça” derbisindən sonra yaranan mübahisə ilə bağlı verilib. Mourinyo həmin oyundan sonra “Qalatasaray”ın rəsmi paylaşımlarının onun şəxsi hüquqlarına toxunduğunu iddia edərək məhkəməyə müraciət edib.

Məhkəmə isə İstanbul təmsilçisinin açıqlamalarını şəxsi hüquqlara əsassız hücum kimi yox, Mourinyonun öz sözləri ilə başlayan müzakirəyə verilən tənqidi cavab kimi dəyərləndirib.

İdman.Biz