Paris küçələrində PSJ rüzgarı: 14 ünvan dəyişdi - VİDEO

5 İyun 2026 10:53
97
Paris küçələrində PSJ rüzgarı: 14 ünvan dəyişdi - VİDEO

Fransanın PSJ futbol komandasının Çempionlar Liqasındakı uğuru Paris küçələrində fərqli formada qeyd olunub.

İdman.Biz xəbər verir ki, “The True Frame” yaradıcı kollektivinin sənətçiləri şəhərin müxtəlif küçələrində ünvan lövhələrinə bənzər stikerlər yerləşdiriblər. Həmin lövhələrdə real küçə adları PSJ futbolçularının adları ilə uyğunlaşdırılıb.

Ümumilikdə Paris xəritəsində 14 məntəqəyə yeni ad verilib. Üçüncü dairədə yerləşən Viyey-dü-Tampl küçəsi PSJ-nin qapıçısı Matvey Safonovun şərəfinə Matvey-dü-Tampl adlandırılıb.

Gürcüstanlı futbolçu Xviça Kvaratsxeliya üçün isə Rue du Chat-qui-Pêche küçəsi seçilib. Bu ad fransızcadan tərcümədə “Balıqçı pişik küçəsi” mənasını verir. Parisin mistik tarixə malik bu küçəsi Fransa paytaxtının ən dar və qısa küçələrindən biri sayılır.

Aksiyada digər PSJ üzvləri də unudulmayıb. Məsələn, Bir-Hakeym körpüsü Əşrəf Hakiminin adına uyğunlaşdırılaraq Bir-Hakimi, Osman bulvarı isə Usman Dembele ilə səsləşən formada təqdim olunub.

İdman.Biz