İngiltərənin “Liverpul” futbol komandasının yeni baş məşqçisi Andoni İraolanın Arne Slotdan fərqli, daha baxımlı və intensiv oyun sistemi quracağı gözlənilir.
İdman.Biz xəbər verir ki, məşhur ekspert Klinton Morrison İraolanın “Bornmut”da göstərdiyi futbolun “Liverpul” azarkeşlərinin görmək istədiyi üsluba yaxın olduğunu bilrir. Onun sözlərinə görə, bask mütəxəssisin komandaları yüksək pressinq, sürət və rəqibə təzyiq üzərində qurulan futbol oynayır.
Morrison “Liverpul”un İraola seçimini düzgün addım sayıb. O bildirib ki, 43 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasında özünü təsdiqləyib və “Bornmut” kimi kiçik imkanlara malik komandanı altıncı pilləyə qədər yüksəldə bilib.
Ekspert Arne Slotun göndərilməsinə də münasibət bildirib. Morrisonun fikrincə, niderlandlı mütəxəssisə daha çox vaxt vermək olardı, çünki o, “Liverpul”la Premyer Liqa çempionluğu qazanıb. Bununla belə, azarkeşlərin artıq ona qarşı çevrilməsi rəhbərliyi çətin seçim qarşısında qoyub.
Onun sözlərinə görə, Slot bəzi futbolçulara, xüsusilə Kertis Cons və Rio Nqumohaya daha çox şans verməli idi. Morrison hesab edir ki, komanda çətin dönəmdə olduğu vaxt bu oyunçular meydanda daha çox görünməli idi.
“TEAMtalk”un məlumatına görə, Slot tezliklə İngiltərə Premyer Liqasında işə qayıda bilər. “Fulhem” Marko Silvanı itirdikdən sonra baş məşqçi axtarışına başlayıb və Slot bu vəzifəyə namizədlərdən biri sayılır.
