“Kəpəz” klubu daha bir futbolçunun transferini reallaşdırıb.
İdman.Biz kluba istinadən bildirir ki, Azuma Abubakar “sarı-göylər”in formasını geyinəcək.
Portuqaliyalı hücumçu ilə mövsümün sonuna kimi müqavilə imzalayıb.
29 yaşlı forvardın son klubu Avstriya “Lustenau”su olub.
Azuma Abubakar Portuqaliyanın U-19 milli komandasının da formasını geyinib.
