AFFA Region Liqasının püşkü atıldı - FOTO

18 Oktyabr 2026 20:38
113
AFFA Region Liqasının püşkü atıldı - FOTO

AFFA Region Liqasının 2026/2027-ci illər mövsümünün formatı və iştirakçı komandaların sayı müəyyənləşib.

İdman.Biz xəbər verir ki, bununla bağlı Sabirabad rayonunda AFFA-nın təşkilatçılığı ilə keçirilən toplantıda məlumat verilib.

Yeni mövsümdə Region Liqası səkkiz regional federasiyanın əhatə etdiyi 36 şəhər və rayonu təmsil edən 73 komandanın iştirakı ilə təşkil olunacaq. Qarşılaşmaların 39 stadionda keçirilməsi nəzərdə tutulub.

Toplantıda Regional Futbol Federasiyalarının prezidenti İsgəndər Cavadov, AFFA-nın texniki direktorunun məsləhətçi-müşaviri Arif Əsədov, məşqçi təlimi üzrə rəhbər Aslan Kərimov, Kütləvi Futbol Departamentinin Futbol Layihələri şöbəsinin rəhbəri Fərid Nağdəliyev, Azərbaycan Həvəskarlar Futbol Federasiyasının rəsmisi Rüfət Əmirov, regional federasiyaların nümayəndələri və digər rəsmilər iştirak ediblər.

Görüş zamanı liqanın yeni formatı, komandaların infrastruktur imkanları, mövcud çatışmazlıqlar, həmçinin regionlarda məşqçilərin sertifikatlaşdırılması və təlim kurslarının təşkili müzakirə olunub.

Püşkatma mərasimində ilk dəfə regional federasiyaların prezidentləri rəhbərlik etdikləri zonaları təmsil ediblər.

Qeyd edək ki, Bakı zonasının püşkatma mərasimi paytaxtda təşkil olunacaq. Region Liqasında yeni mövsüm noyabrda start götürəcək və 2027-ci ilin mayında yekunlaşacaq.

Mərkəz Zonası
A qrupu

Beyləqan FK
Aran FK (Beyləqan)
Olimpic Sabirabad
Mil İK
Sabirabad FK

B qrupu
Bahar FK
Mərcanlı FK
Məzrəli FK
İnşaatçı FK
Araz FK (İmişli)

Qarabağ zonası
A qrupu

Xocavənd FK
Naftalan FK
Goranboy OİK FK
Naftalan Gəncləri FK
Laçın PFK
Ərgünəş-Füzuli FK
Pambıqçı FK

Naxçıvan zonası
A qrupu

Sədərək FK
Əlincə FK
Babək FK
Xok FK
Arpaçay FK
Altay FK
Ordubad FK
Sirab FK

Şimal zonası
A qrupu

Samur FK
Qaradağ Şıxlar
Universal FA
Mübariz (Binə) FK
Ələt FK

B qrupu
ŞKGB
Qobustan FK
Xudat City FA
Qobu PFK
Vətən Naminə FK

Cənub zonası
A qrupu

Ərkivan Masallı FK
Kürsəngi FK
Viləş PFK
Cəlilabad FK
Zəfər-44

B qrupu
Alaz FK
Biləsuvar FK
Neftçala FK
Lənkəran FK
Xıdırlı Salyan FK

Şimal-Qərb və Qərb zonası
A qrupu

Göyəzən PFK
Gənclik (Şəki)
VT Gəncə FK
Ərəş Sportinq FK
Göygöl FK
Qovlar PFK
Şəfəq FC
Balakən FK

İdman.Biz
Məqalədə: