Kurban Berdiyev: “İmişli” layiqli qələbə qazandı”

18 Oktyabr 2026 17:51
95
Kurban Berdiyev: “İmişli” layiqli qələbə qazandı”

“Turan Tovuz” futbol komandasının baş məşqçisi Kurban Berdiyev Azərbaycan Premyer Liqasının səkkizinci turunda “İmişli”yə 0:1 hesablı məğlubiyyəti dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında rəqibin qələbəyə layiq olduğunu etiraf edib.

“Bu gün “İmişli” layiqli qələbə qazandı. Standart vəziyyətlərdən ehtiyat edirdik və məhz belə epizodların birində qol buraxdıq. Məşqlərdə bu məqamlar üzərində işləsək də, yenə səhvə yol verdik. Bundan başqa, yaratdığımız azsaylı qol imkanlarından da istifadə edə bilmədik”, - deyə Berdiyev bildirib.

“Turan Tovuz”un standart vəziyyətlərdə təhlükəli komanda olmasına baxmayaraq, bu dəfə fərqlənə bilməməsinin səbəbi barədə sualı cavablandıran baş məşqçi bunları söyləyib:

“Standart vəziyyətlər üzərində kifayət qədər çox çalışırıq. Təəssüf ki, hər dəfə qol vurmaq mümkün olmur. Rəqib isə öz fürsətindən yararlana bildi”.

Qeyd edək ki, Yevlax şəhər stadionunda keçirilən qarşılaşmanın taleyini 25-ci dəqiqədə Dioqo Rollonun vurduğu qol həll edib.

Bu məğlubiyyətdən sonra “Turan Tovuz” səkkiz oyunda topladığı 14 xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

İdman.Biz