“Araz-Naxçıvan”ın legioneri: “Komandamız bu vəziyyətdə ola bilməz”

18 Oktyabr 2026 14:13
95
“Araz-Naxçıvan”ın legioneri: “Komandamız bu vəziyyətdə ola bilməz”

“Araz-Naxçıvan”ın futbolçusu Çarles Boli Misli Premyer Liqasının səkkizinci turunda “Sumqayıt”a 2:1 hesablı məğlubiyyətlə bağlı açıqlama verib.

İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi komandasının uğursuz çıxışını dəyərləndirərkən növbəti oyunda qalib gələ biləcəklərinə ümud etdiyini söyləyib.

“Çox çalışırıq, dayanmadan işləyirik, amma hələ ki, ən yaxşı oyunumuzu göstərə bilməmişik. “Sumqayıt”la matçda ilk hissədən sonra öndə idik. Ancaq sonra konsentrasiyanı itirdik və iki qol buraxdıq. Təslim olmuruq. Ümid edirəm ki, növbəti oyunda qalib gələ bilərik. Hazırda sonuncu yerdəyik, təbii ki, bu da pisdir. Ancaq təslim olmuruq və irəli baxacağıq. Vəziyyəti dəyişmək üçün hər gün daha yaxşı və daha çox çalışmalıyıq. "Araz-Naxçıvan" bu vəziyyətdə ola bilməz”, - deyə Boli sportal.az saytına bildirib.

Legioner yeni məşqçinin futbolçularla çox çalışdığını vurğulayıb:

“Vəziyyət daha çox çalışmaqla dəyişəcək və ümid edirəm ki, növbəti oyunda qalib gələcəyik. Qarşıdakı turda "Qəbələ"ni məğlub etməyə çalışacağıq".

İdman.Biz