Azərbaycan Premyer Liqası: “İmişli” “Turan Tovuz”a qarşı ilk qələbəsini qazana biləcəkmi?

18 Oktyabr 2026 09:25
104
Azərbaycan Premyer Liqası: “İmişli” “Turan Tovuz”a qarşı ilk qələbəsini qazana biləcəkmi?

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında səkkizinci turun oyunları çərçivəsində “İmişli” və “Turan Tovuz” komandaları qarşılaşacaqlar.

İdman.Biz xəbər verir ki, Yevlax şəhər stadionunda keçiriləcək görüş saat 15:00-da başlayacaq.

Qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq. Ona Elşad Abdullayev və Kamran Bayramov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Mahmud Bağırzadə yerinə yetirəcək. VAR hakimi Kamranbəy Rəhimov, AVAR hakimi isə Gülnurə Əkbərzadə olacaq.

Görüşün hakim-inspektoru Zöhrab Qədiyev, AFFA nümayəndəsi isə Eldəniz Musayev olacaq.

Komandalar indiyədək Premyer Liqada üç dəfə üz-üzə gəliblər. Bu görüşlərdə “Turan Tovuz” bir qələbə qazanıb, iki qarşılaşma isə heç-heçə başa çatıb. Topların fərqi də Tovuz təmsilçisinin xeyrinədir - 2:1.

“İmişli” rəqibi üzərində hələlik qələbə qazana bilməyib. Maraqlıdır ki, komandaların “Turan Tovuz”un meydanında keçirdiyi yeganə görüşdə hesab açılmayıb.

İdman.Biz