“Komandamız hazırda yaxşı formadadır”.
Bunu “Sumqayıt”ın futbolçusu Tiaqo Almeyda Misli Premyer Liqasının səkkizinci turunda “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra sport.24.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Araz-Naxçıvan”la oyun haqda fikirləriniz necədir?
- Fikrimcə, komandamız oyuna bir qədər uğursuz başladı və “Araz-Naxçıvan”ın necə oynadığını anlamağımız bir qədər vaxt apardı. Rəqibin yarımmüdafiəçiləri mərkəzdə çox boşluq tapırdı.
- İkinci hissədə nəyi dəyişə bildiz?
- Rəqibin yaratdığı boşluqlardan maksimum istifadə edə bildik.
- Komandanız artıq dörd oyundur məğlub olmur. Bu uğurlu seriyanın davamını gətirmək mümkün olacaq?
- Komandamız hazırda yaxşı formadadır. Düşünürəm ki, indiyə qədər olduğu kimi çalışmağa davam etsək, bu uğurlu seriyanı davam etdirə bilərik.
- “Sumqayıt”ın bu mövsüm üçün hədəfi nədir?
- Komandanın hədəfi hər oyuna ayrı-ayrılıqda yanaşmaq, getdikcə daha yaxşı oynamaq və turnir cədvəlində mövqeyimizi yüksəltməkdir. Məqsədimiz cədvəldə daha yuxarı pillələrə qalxmaqdır.
