Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb

17 Oktyabr 2026 17:00
99
Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb

Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsinin oyun cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.

Qarşılaşmalar ümumilikdə üç günü əhatə edəcək.

Azərbaycan Kuboku
İkinci təsnifat mərhələsi
27 oktyabr
14:00. “Şimal” - “Araz-Naxçıvan”

Şamaxı şəhər stadionu

14:00. “Marafon” - “Zaqatala”
“Marafon Arena”

17:00. “Kür-Araz” - “Sumqayıt”
“SOCAR Polymer Arena”

17:00. “Qəbələ” - “Mingəçevir”
Qəbələ şəhər stadionu

18:00. “Səbail” - “Zirə”
“Bank Respublika Arena”

28 oktyabr
14:00. “İmişli” - “Qaradağ Lökbatan”

Yevlax şəhər stadionu

14:00. MOİK - “Şahdağ Qusar”
Binə qəsəbə stadionu

14:00. “Hypers” - “Şamaxı”
Şamaxı şəhər stadionu

16:00. “Şəfa” - “Ağstafa Gəncləri”
“SOCAR Polymer Arena”

19:00. “Kəpəz” - “Baku Sportinq”
Gəncə şəhər stadionu

29 oktyabr
14:00. “Xankəndi” - “Gəncəbasar”

Şamaxı OİK stadionu

14:00. “Zəngəzur” - “Karvan-Yevlax”
Binə qəsəbə stadionu

Qeyd edək ki, “Şimal” - “Araz-Naxçıvan”, “Kür-Araz” - “Sumqayıt” və “Hypers” - “Şamaxı” matçları ev sahibi komandaların stadionlarının standartlara cavab verməməsi səbəbindən əsasnaməyə uyğun olaraq aparılan proseslərin nəticəsində qonaq klubların ev oyunlarını keçirdikləri stadionlarda baş tutacaq. Sözügedən görüşlərlə bağlı bütün təşkilati məsələlər cədvəldə adı ilk göstərilən klublar tərəfindən həyata keçiriləcək.

“Səbail” klubu isə əsasnaməyə uyğun olaraq alternativ stadion təqdim edib. “Dənizçilər” Birinci Liqada təqvim üzrə açıqlanmayan ev oyunlarını da “ Bank Respublika Arena”da keçirəcək.

İdman.Biz