“Gərgin və maraqlı oyun olacaq. hazırkı “Neftçi”nin əvvəlki mövsümlərlə müqayisədə daha yaxşı səviyyədədir”.
Bu sözləri Bu sözləri Azərbaycan millisinin və “Qarabağ”ın sabiq yarımmüdafiəçisi, tanınmış futbol mütəxəssisi Aslan Kərimov deyib.
Təcrübəli mütəxəssis Misli Premyer Liqasının səkkizinci turunda keçiriləcək “Qarabağ” - “Neftçi” derbisindən gözləntilərini bölüşüb.
“Buna nümunə kimi komandanın “Sabah”la matçını göstərmək olar. Son çempiona qarşı görüşdə rəqibə qol imkanları verməməsi və meydanı heç-heçə ilə tərk etməsi onu göstərir ki, “Neftçi” bu il yaxşı formadadır. Qarabağ” isə ötən mövsüm Çempionlar Liqasında nümayiş etdirdiyi hegemon çıxışı təkrarlaya bilməsə də, daxili çempionatda istənilən rəqibə qarşı oynamaq potensialına malikdir. Ağdam təmsilçisi hər zaman rəqibləri üçün ciddi təhlükə yarada bilən komandadır. Derbidə hansısa komandaya üstünlük verə bilmirəm. Hər iki tərəfin güclü və zəif tərəfləri var və qarşılaşmanın necə keçəcəyini əvvəlcədən demək çətindir. Bəlkə də ötən mövsüm olsaydı, “Qarabağ”ı favorit hesab edərdik”, - deyə o sport24.az-a açıqlamasında söyləyib.
Qeyd edək ki, “Qarabağ” - “Neftçi” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 19:00-da start götürəcək.
