"Mançester Siti" və İspaniya millisinin yarımmüdafiəçisi Rodri "Real Madrid"ə keçməyə razılıq verib.
İdman.Biz bu barədə jurnalist Matteo Morettoya istinadən məlumat verir.
İnsayderdən verilən məlumata görə, "Los Blancos" nümayəndələri ilə ispaniyalı oyunçu arasında müqavilə imzalanmasına yaxındır. Lakin klublar arasında danışıqlar hələ başlamayıb.
Ötən mövsüm Rodri klubun heyətində bütün yarışlarda 33 oyunda meydana çıxıb və iki qol vurub. O, həmçinin 2026-cı il dünya çempionatının qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
