“Real Madrid” yarımmüdafiəçisini icarəyə verməyə hazırdır

22 İyul 2026 18:51
88
“Real Madrid” yarımmüdafiəçisini icarəyə verməyə hazırdır

“Real Madrid”in yarımmüdafiəçisi Franko Mastantuono bu yay icarə əsasında başqa bir kluba keçə bilər.

İdman.Biz bu barədə jurnalist Fabrizio Romanoya istinadən məlumat verir.

Mənbənin məlumatına görə, “Real Madrid” Mastantuononun müntəzəm oyun vaxtı qazana biləcəyi bir komandaya icarəyə verilməsini təsdiqləməyə hazırdır. İspaniya və digər ölkələrdən beşdən çox klub “Los Blancos” oyunçusunu icarəyə götürməyi düşünür.

Mastantuono 2025-ci ildə “River Pleyt”dən “Real Madrid”ə 45 milyon avroya keçib. Onun Madrid klubu ilə müqaviləsi 2031-ci ilə qədərdir.

Argentinalı futbolçu ötən mövsüm “Los Blancos”da bütün yarışlarda 35 oyunda meydana çıxıb, üç qol vurub və bir məhsuldar ötürmə edib. Transfermarkt-ın məlumatına görə, onun bazar dəyəri 45 milyon avrodur.

İdman.Biz