Fil Foden “Mançester Siti” ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı - RƏSMİ

22 İyul 2026 17:57
92
Fil Foden “Mançester Siti” ilə müqaviləsini 2030-cu ilə qədər uzatdı - RƏSMİ

İngiltərənin “Mançester Siti” futbol klubunun yarımmüdafiəçisi Fil Foden klubla yeni dördillik müqavilə imzalayıb. Bununla da o, 2030-cu ilə qədər komandanın formasını geyinəcək.

İdman.Biz xəbər verir ki, bu barədə “Mançester Siti”nin rəsmi saytı məlumat yayıb.

“26 yaşlı futbolçu, bütün həyatı boyu “Siti” azarkeşi olub və doqquz yaşında klubun akademiyasına qoşulduqdan sonra başlayan əlaqəsini davam etdirəcək. O, 2017-ci ildə Pep Qvardiolanın rəhbərliyi altında əsas komandada debüt etdikdən sonra klub tarixinin ən titullu futbolçularından birinə çevrilib.

Ümumilikdə Foden “Mançester Siti” ilə 20 böyük titul qazanıb: altı İngiltərə Premyer Liqası çempionluğu, beş Liqa Kuboku, üç İngiltərə Kuboku, üç İngiltərə Superkuboku, həmçinin UEFA Çempionlar Liqası, UEFA Superkuboku və FIFA Klublararası Dünya Çempionatı", - deyə klubun açıqlamasında bildirilib.

İdman.Biz