Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
İdman.Biz bu barədə AFFA-ya istinadən bildirir.
O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində iyulun 30-da keçiriləcək “Ludoqorets” (Bolqarıstan) - “Hapoel” (Təl-Əviv, İsrail) görüşünün hakim-inspektoru olacaq.
Qarşılaşma Razqrad şəhərində yerləşən “Ludoqorets Arena”da baş tutacaq.
Xatırladaq ki, Babək Quliyev bundan əvvəl UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin “Hamrun” (Malta) - “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olmuşdu.
