“Qarabağ”ın ispaniyalı legioneri Joni Montiel UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakıda Bolqarıstanın CSKA klubu ilə oyunda iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyundan öncə təşkil olunmuş mətbuat konfransında deyib.
O, son oyunlarda meydana çıxmayan Joni Montiellə bağlı da fikirlərini bölüşüb: “Onu bu dəfə meydanda görəcəksiniz. Hələ də bizimlədir. Ola bilər ki, bəzi futbolçuların adları iştirak ərizəsində yer almasın. Bu, hər futbolçunun başına gələ bilər”.
Qeyd edək ki, iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – CSKA görüşü saat 20:00-da başlayacaq.
