CSKA ilə oyundan öncə “Qarabağ” açıq məşq keçirib - FOTO

22 İyul 2026 19:06
104
CSKA ilə oyundan öncə “Qarabağ” açıq məşq keçirib

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakıda Bolqarıstanın CSKA (Sofiya) klubu ilə üz-üzə gələcək “Qarabağ” oyundan əvvəl məşqə çıxıb.

İdman.Biz-in məlumatına görə, Qurban Qurbanovun komandasının “Azersun Arena” stadionunda gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif təmrinləri yerinə yetiriblər.

“Qarabağ” və CSKA komandaları arasındakı ilk oyun iyulun 23-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Cavab matçı isə 1 həftə sonra Sofiya şəhərində reallaşacaq.

İdman.Biz