Türkiyənin “Fənərbağça” futbol klubunun prezidenti Sadəddin Saran və qardaşı Alan Kenan Saran barəsində çıxarılan məhkəmə qərarından sonra ilk açıqlama verilib.
İdman.Biz xəbər verir ki, Saran qardaşlarının vəkili Serdar Yiğit qərarın hələ qəti qüvvəyə minmədiyini bildirib. Türkiyə mediasının məlumatına görə, İstanbul 23-cü Asliye Cəza Məhkəməsi onları “şəxsləri reklam vermək və ya müxtəlif yollarla qanunsuz mərc oynamağa təşviq etmək” ittihamı üzrə iki il altı ay həbs və 562 min 500 lirə (20,8 min AZN) məbləğində məhkəmə pul cəriməsinə məhkum edib.
Serdar Yiğit yazılı açıqlamasında Sadəddin Saran və Kenan Saranla bağlı qərarın yuxarı instansiya məhkəməsində qiymətləndiriləcəyini qeyd edib.
Qeyd edək ki, qərar qəti olmadığı üçün Saran qardaşları ilə bağlı proses apellyasiya mərhələsində davam edəcək.
