“Kəpəz” klubu icarə müddəti başa çatan Ryonosuke Ohori ilə yollarını ayırıb.
İdman.Biz bu barədə kluba istinadən bildirir.
Ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 27 oyun keçirən 25 yaşlı yarımmüdafiəçi 4 dəfə rəqib qapısına yol tapıb.
“Klubumuz xidmətlərinə görə Ohoriyə təşəkkür edir, ona gələcək karyerasında uğurlar arzulayır, - məlumatda deyilir.
