“Gəncəbasar”dan 7:0 hesablı qələbə, “Şimal”dan 5 qol - Birinci Liqada turun yekunu - YENİLƏNİB + VİDEO

22 Oktyabr 2026 17:13
513
“Gəncəbasar”dan 7:0 hesablı qələbə, “Şimal”dan 5 qol - Birinci Liqada turun yekunu - YENİLƏNİB + VİDEO

Azərbaycan Birinci Liqasında altıncı turun oyunları başa çatıb.

İdman.Biz xəbər verir ki, turun sonuncu günündə üç qarşılaşma keçirilib.

“Gəncəbasar” doğma meydanda “Zaqatala”nı 7:0 hesabı ilə darmadağın edib. Günün digər oyunlarında MOİK “Karvan-Yevlax”ı 3:1, “Şimal” isə “Baku Sportinq”i 5:2 hesabı ilə məğlub edib.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şahdağ Qusar” “Səbail”i 1:0, “Mingəçevir” isə “Xankəndi”ni 1:0 hesabı ilə məğlub edib.

10:29

Azərbaycan Birinci Liqasında altıncı tura bu gün yekun vurulacaq.

İdman.Biz xəbər verir ki, turun sonuncu günündə üç qarşılaşma keçiriləcək.

Günün ilk oyununda “Gəncəbasar” “Zaqatala” ilə üz-üzə gələcək. Digər matçda “MOİK” “Karvan-Yevlax”ı qəbul edəcək. Turun sonuncu görüşündə isə “Şimal” “Baku Sportinq”lə qarşılaşacaq.

Hər üç oyun saat 15:00-da başlayacaq.

Azərbaycan Birinci Liqası
Altıncı tur
22 oktyabr (cümə axşamı)

15:00. “Gəncəbasar” - “Zaqatala”
Hakimlər: Maqsud Şamıyev, Rəhman Aslanov, Zakir Şükürzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Gəncə şəhər stadionu

15:00. MOİK - “Karvan-Yevlax”
Hakimlər: Ceyhun Hüseynov, Mirnihad Seyidov, Sevda Nuriyeva, Niyaz Əhmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Binə qəsəbə stadionu

15.00. “Şimal” - “Baku Sportinq”
Hakimlər: Nazim Abdullayev, Sənan Atayev, Vüqar Bayramov, Şamil İmanzadə
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Erkin Hüseynov
Şamaxı OİK stadionu

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Şahdağ Qusar” “Səbail”i 1:0, “Mingəçevir” isə “Xankəndi”ni 1:0 hesabı ilə məğlub edib.

İdman.Biz