Azərbaycanın birinci Liqasında mübarizə aparan “Səbail” futbol klubu Portuqaliyanın “Braqa” və İspaniyanın “Malaqa” klubları ilə əməkdaşlığa hazırlaşır.
İdman.Biz Sportal.az-a istinadən xəbər verir ki, Premyer Liqaya yüksəlməyi hədəfləyən paytaxt təmsilçisi hər iki klubla mübadilə proqramı həyata keçirməyi planlaşdırır.
Layihənin əsas məqsədi “Səbail” akademiyasının futbolçularının və məşqçilərinin xarici klublarda təcrübə keçərək peşəkarlıq səviyyələrini artırmasıdır.
Bununla yanaşı, gələcəkdə “Braqa” və “Malaqa”nın B komandalarında çıxış edən gənc futbolçuların “Səbail”ə cəlb olunması da nəzərdə tutulur.
Qeyd edək ki, yaxın vaxtlarda “Səbail”in adının “Quba”ya dəyişdirilməsi planlaşdırılır. Klub bundan sonra Quba bölgəsini təmsil edəcək.
