Bakıdakı U-15 dünya çempionatından əvvəl yığmamızın açıq məşqi - FOTO

22 Oktyabr 2026 17:06
130
Bakıdakı U-15 dünya çempionatından əvvəl yığmamızın açıq məşqi - FOTO

Bakıda təşkil olunacaq futbol üzrə U-15 dünya çempionatı və festivalından əvvəl Azərbaycan komandasının açıq məşqi baş tutub.

İdman.Biz xəbər verir ki, hazırlıq prosesi Hövsan Yarış Kompleksində keçirilib.

Məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olub.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 22-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

İdman.Biz