Arif Əsədov: “Onların arasında əsas milliyə yüksələcək futbolçular var”

22 Oktyabr 2026 17:33
103
Arif Əsədov: “Onların arasında əsas milliyə yüksələcək futbolçular var”

“Düşünürəm ki, onların arasında gələcəkdə Azərbaycan futbolunda uğur qazanacaq, əsas milli komanda səviyyəsinə yüksələcək futbolçular var”.

İdman.Biz xəbər verir ki, bu sözləri Azərbaycan futbol millisinin sabiq məşqçisi Arif Əsədov Bakıda keçiriləcək FIFA U-15 Dünya Çempionatı və Festivalı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Təcrübəli mütəxəssis turnirin ölkəmizdə təşkil olunmasının əhəmiyyətini vurğulayıb və gənc idmançılara uğurlar arzulayıb:

“Azərbaycan artıq neçənci dəfədir ki, belə mötəbər yarışlara ev sahibliyi edir. Qısa müddətdə müvafiq infrastrukturun tikilib istifadəyə verilməsi böyük uğurdur. Buna görə AFFA-ya və müvafiq qurumlara təşəkkürümüzü bildiririk. Dünya çempionatı futbolda ən mötəbər yarışdır. Belə bir turnirin ölkəmizdə keçirilməsi, eləcə də hər bir futbolçunun burada iştirak etməsi böyük uğurdur. Bu, onların ilk beynəlxalq yarışıdır. Hər birinə uğurlar arzulayırıq və ümid edirik ki, yaxşı nəticə əldə edəcəyik”.

Qeyd edək ki, U-15 dünya çempionatı və festivalı oktyabrın 24-30-da Hövsan Yarış Kompleksində baş tutacaq. Turnurin açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.

Yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.

İdman.Biz