“Real Madrid” prezidentliyinə namizəd: “Barselona” yox olsa, sevinərəm”

3 İyun 2026 11:13
71
“Real Madrid” prezidentliyinə namizəd: “Barselona” yox olsa, sevinərəm”

İspaniyanın “Real Madrid” futbol klubunun prezidentliyinə namizəd Enrike Rikelme “Barselona” ilə bağlı açıqlaması ilə gündəmə gəlib.

İdman.Biz xəbər verir ki, Rikelme “The Wild Project” podkastında Madrid təmsilçisinin əzəli rəqibi barədə sərt fikirlər səsləndirib.

“Real Madrid”in prezidentliyinə namizəd “Barselona”nı İspaniya ikinci divizionunda görmək istəyəcəyini bildirib. O, Kataloniya klubunun yox olacağı halda da buna sevinəcəyini deyib.

Rikelme fikrini belə əsaslandırıb: “Mən yalnız “Real Madrid”in iştirak etdiyi bütün turnirlərdə hər il qalib gəlməsini istəyirəm”.

Qeyd edək ki, Rikelme “Real Madrid” prezidentliyi uğrunda Florentino Pereslə mübarizə aparacaq. Klubda seçkilərin 7 iyunda keçiriləcəyi bildirilir.

İdman.Biz