Dest “Bavariya”nın transfer siyahısında

3 İyun 2026 10:21
74
Dest “Bavariya”nın transfer siyahısında

Niderlandın PSV futbol komandasının müdafiəçisi Serjinyu Destin adı Almaniyanın “Bavariya” futbol klubunun transfer siyahısına düşüb.

İdman.Biz xəbər verir ki, Münhen təmsilçisi ABŞ millisinin 25 yaşlı sağ cinah müdafiəçisi ilə maraqlanır.

Niderland mətbuatının məlumatına görə, Destin transfer dəyəri 20-25 milyon avro (40-50 milyon AZN) aralığında qiymətləndirilir. Lakin keçidin baş tutub-tutmayacağı hələ dəqiq deyil.

“Bavariya” əvvəlcə İsmayıl Saybarinin transferini yekunlaşdırmaq, bundan sonra isə heyətdə bir futbolçunu satmaq istəyir. Yalnız bundan sonra Destlə bağlı mümkün addım atıla bilər.

Futbolçu isə gələcəyi ilə bağlı qərarı Dünya Çempionatından sonra vermək niyyətindədir.

İdman.Biz