Ferqusondan “Arsenal”a ağır sözlər

31 May 2026 23:10
77
Ferqusondan “Arsenal”a ağır sözlər

İngiltərənin “Mançester Yunayted” futbol klubunun sabiq baş məşqçisi Aleks Ferqyuson “Arsenal”ın Çempionlar Liqasının finalındakı oyununu tənqid edib.

İdman.Biz xəbər verir ki, şotlandiyalı mütəxəssis PSJ prezidenti Nasser Əl-Xəlaifiyə komandasının “Arsenal” üzərindəki qələbəsindən sonra təbrik mesajı ünvanlayıb.

“L’Equipe”in məlumatına görə, Ferqyuson mesajında PSJ rəhbərini təbrik edərək London təmsilçisinin müdafiəyə hesablanan oyununu sərt şəkildə dəyərləndirib:

“Nasser, burada Aleks Ferqyusondur. Təbrik edirəm, bu sizin üçün çətin axşam idi. Amma siz yalnız müdafiə olunan darıxdırıcı komandaya qarşı oynadınız. Tətilinizdən zövq alın, buna layiqsiniz”.

Xatırladaq ki, Çempionlar Liqasının 2025/2026 mövsümünün finalında PSJ İngiltərənin “Arsenal” futbol komandasını penaltilər seriyasında məğlub edib. Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilərdə isə Paris təmsilçisi 4:3 hesabı ilə qalib gəlib.

Bu nəticədən sonra PSJ ardıcıl ikinci dəfə Çempionlar Liqasının qalibi olub. “Arsenal” isə tarixində ikinci dəfə turnirin finalında uduzub.

İdman.Biz