İngiltərənin “Liverpul” futbol komandasının fransalı müdafiəçisi İbrahima Konate klubdan ayrılır.
İdman.Biz xəbər verir ki, futbolçunun müqaviləsi iyunun sonunda başa çatacaq və tərəflər yeni anlaşma ilə bağlı razılığa gələ bilməyiblər. Bu səbəbdən 27 yaşlı müdafiəçi “Liverpul”dan azad agent kimi gedəcək.
Konate 2021-ci ildə Almaniyanın “Leyptsiq” futbol klubundan “Liverpul”a keçib. O, beş il ərzində “qırmızılar”ın heyətində 183 oyun keçirib və yeddi qol vurub.
Fransalı futbolçu “Liverpul”la Premyer Liqa, İngiltərə Kuboku, iki dəfə Liqa Kuboku və İngiltərə Superkubokunun qalibi olub.
Britaniya mediasının məlumatına görə, Konate ilə PSJ, “Çelsi”, “Bavariya” və “Real Madrid” kimi klublar maraqlanır. Futbolçunun yekun qərarını DÇ-2026-dan sonra verməsi gözlənilir.
