Futbolun yeni qaydası İslandiyanı azlıqda qoydu - VİDEO

31 May 2026 23:24
74
Futbolun yeni qaydası İslandiyanı azlıqda qoydu - VİDEO

Futbol üzrə Yaponiya və İslandiya yığmaları arasında keçirilən yoxlama oyununda 2026-cı il Dünya Çempionatı üçün nəzərdə tutulan yeni qaydalardan biri müzakirə mövzusuna çevrilib.

İdman.Biz xəbər verir ki, İslandiya millisinin futbolçusu Kristian Hlinsson əvəzlənərkən meydanı 10 saniyə ərzində tərk etməyib. Bu səbəbdən onu əvəzləməli olan komanda yoldaşının meydana daxil olmasına bir dəqiqə icazə verilməyib.

Həmin müddətdə Yaponiya yığması say üstünlüyündən istifadə edərək qol vurub. Tokio Milli Stadionunda keçirilən görüşdə yeganə qolu 87-ci dəqiqədə Koki Oqava başla vurub və Yaponiya 1:0 hesabı ilə qalib gəlib.

Yeni qaydaya əsasən, əvəzlənən futbolçu lövhə göstərildikdən və ya hakim işarə verdikdən sonra meydanı 10 saniyə ərzində tərk etməlidir. Əks halda, futbolçu meydandan çıxsa da, onu əvəzləyən oyunçu yalnız oyun bərpa edildikdən sonra bir dəqiqə keçdikdən sonrakı ilk dayanma zamanı meydana daxil ola bilər. Bu qayda IFAB (International Football Association Board - Beynəlxalq Futbol Assosiasiyaları Şurası) tərəfindən oyunun tempini artırmaq və vaxt itkisinin qarşısını almaq üçün qəbul edilib.

İdman.Biz