Ukrayna futbol millisi Polşa ilə yoldaşlıq oyununda qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, qarşılaşma Polşanın Vrotslav şəhərindəki “Tarçinski Arena”da keçirilib.
Ukrayna millisi matçda 2:0 hesabı ilə qalib gəlib. Qonaqların ilk qolunu 34-cü dəqiqədə Roman Yaremçuk vurub. 44-cü dəqiqədə isə Andrey Yarmolenko fərqlənərək yekun hesabı müəyyənləşdirib.
Bu komandalar sonuncu dəfə 2024-cü ilin yayında yoldaşlıq oyununda üz-üzə gəlmişdilər. Həmin görüşdə Polşa millisi 3:1 hesabı ilə qalib gəlmişdi.
Qeyd edək ki, hər iki milli DÇ-2026-nın final mərhələsinə vəsiqə qazana bilməyib. Ukrayna pley-offda İsveçə uduzaraq mübarizəni dayandırıb, Polşa isə eyni rəqibə final pley-offunda 2:3 hesabı ilə məğlub olub.
