Solari kuboku qaldırdı, trofey dağıldı - VİDEO

24 May 2026 23:34
159
Solari kuboku qaldırdı, trofey dağıldı - VİDEO

Rusiyanın “Spartak” futbol komandasının futbolçusu Pablo Solari Rusiya Kubokunu qaldırarkən trofey zədələnib.

İdman.Biz xəbər verir ki, hadisə “Krasnodar”la superfinaldan sonra keçirilən mükafatlandırma mərasimində baş verib. Solari büllur kuboku başı üzərinə qaldırdığı anda əvvəlcə trofeyin qapağı yerindən çıxıb, ardınca isə alt hissəsi qopub.

Qeyd edək ki, “Spartak” superfinalda “Krasnodar”ı penaltilər seriyasında məğlub edib. Əsas vaxt 1:1 hesabı ilə başa çatıb, penaltilərdə isə Moskva klubu 4:3 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, bu, “Spartak”ın Rusiya Kuboku tarixində beşinci titulu olub. Moskva təmsilçisi bundan əvvəl 2021/2022 mövsümündə kuboku qazanıb.

İdman.Biz