“Araz-Naxçıvan” 30-cu ev qələbəsinə çatdı

24 May 2026 14:06
129
“Araz-Naxçıvan” 30-cu ev qələbəsinə çatdı

Futbol üzrə Misli Premyer Liqasının 33-cü turunda “Zirə”ni 3:2 hesabı ilə məğlub edən “Araz-Naxçıvan” yubiley qələbəsinə sevinib.

İdman.Biz xəbər verir ki, Naxçıvan təmsilçisi Premyer Liqada 30-cu ev qələbəsini qazanıb.

“Araz-Naxçıvan” bu göstəriciyə öz meydanında keçirdiyi 74-cü oyunda çatıb. Komanda digər ev matçlarında 20 heç-heçə edib və 24 dəfə məğlub olub.

Naxçıvan klubunun Premyer Liqada ilk ev qələbəsi 2000/2001 mövsümünə təsadüf edib. 2001-ci il martın 12-də Qubanın “Şahdağ” futbol komandası ilə matç baş tutmadığı üçün “Araz-Naxçıvan”a texniki qələbə verilib.

Qeyd edək ki, “Araz-Naxçıvan” Azərbaycan çempionatları tarixində öz meydanında ən azı 30 qələbə qazanan 26-cı komanda olub.

İdman.Biz