Futbol üzrə Ukrayna Premyer Liqasında çıxış edən Donetskin “Şaxtyor” komandası Arda Turanın rəhbərliyi altında ölkə çempionu olub.
İdman.Biz xəbər verir ki, “Şaxtyor” 27-ci turda “Poltava”nı nominal səfər matçında 4:0 hesabı ilə məğlub edib. “Arena Lvov”da keçirilən qarşılaşmada Donetsk təmsilçisinin qollarını 45+3-cü dəqiqədə Dmitro Krıskiv, 55-ci və 61-ci dəqiqələrdə İzaqe Silva, 67-ci dəqiqədə isə Lassina Traore vurub.
Bu qələbədən sonra “Şaxtyor” xalını 66-ya çatdırıb və ən yaxın izləyicisi “Polissya” ilə fərqi 11 xala yüksəldib. Bununla da Donetsk klubu mövsümün bitməsinə üç tur qalmış çempionluğunu rəsmiləşdirib.
View this post on Instagram
