Bundesliqa: “Hamburq” “Frayburq”u yıxdı

10 May 2026 19:48
148
Bundesliqa: “Hamburq” “Frayburq”u yıxdı

Futbol üzrə Almaniya Bundesliqasının 33-cü turunda “Hamburq” doğma meydanda “Frayburq”a 3:2 hesabı ilə qalib gəlib.

İdman.Biz xəbər verir ki, qarşılaşmada hesab 14-cü dəqiqədə açılıb. “Hamburq”un futbolçusu Beykeri Catta Albert Qrönbekin ötürməsindən sonra komandasını önə keçirib. Cəmi iki dəqiqə sonra İqor Matanoviç “Frayburq”un bərabərlik qolunu vurub.

İkinci hissədə meydan sahibləri yenidən üstünlüyü ələ alıblar. 64-cü dəqiqədə Luka Vuşkoviç, 67-ci dəqiqədə isə Fabio Balde fərqlənərək “Hamburq”un qələbəsini yaxınlaşdırıb.

“Frayburq” 87-ci dəqiqədə Matanoviçin ikinci qolu ilə fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib.

Bu nəticədən sonra “Hamburq” xalını 37-yə çatdırıb və turnir cədvəlində 11-ci pillədə qərarlaşıb. “Frayburq” isə 44 xalla yeddinci sıradadır.

İdman.Biz