Premyerliqa: “Aston Villa” “Börnli” səfərində xal itirdi - YENİLƏNİR + VİDEO

10 May 2026 19:22
109
Premyerliqa: “Aston Villa” “Börnli” səfərində xal itirdi - YENİLƏNİR + VİDEO

Futbol üzrə İngiltərə Premyer Liqasının 36-cı turunda “Aston Villa” səfərdə “Börnli” ilə 2:2 hesablı heç-heçə edib.

İdman.Biz xəbər verir ki, meydan sahibləri səkkizinci dəqiqədə Ceydon Entoninin qolu ilə hesabı açıblar. “Aston Villa” 42-ci dəqiqədə Ross Barklinin qolu ilə tarazlığı bərpa edib.

İkinci hissədə qonaqlar önə keçiblər. 56-cı dəqiqədə Olli Uotkins fərqlənib. Lakin “Börnli” cəmi iki dəqiqə sonra Zian Flemminqin qolu ilə məğlubiyyətdən xilas olub.

Bu nəticədən sonra “Aston Villa” xalını 59-a çatdırıb və turnir cədvəlində beşinci pillədə qərarlaşıb. “Börnli” isə 21 xalla 19-cu sıradadır.

Paralel görüşlərdə də qalib müəyyənləşməyib. “Kristal Palas” və “Everton” arasında görüş 2:2 hesabı ilə başa çatıb. “Kristal Palas” xallarını 44-ə çatdıraraq 14-cü pilləyə, "Everton" isə 49-a çatdıraraq 10-cu pilləyə yüksəlib.

“Nottinqem Forest” isə “Nyukasl”la 1:1 hesablı heç-heçəyə razılaşıb. Bu hesabdan sonra ev sahibi komanda 43 xalla 15-ci pillədədir. “Nyukasl” isə 46 xalla 13-cüdür.

İdman.Biz