Füzuli Məmmədovdan “Turan Tovuz” etirafı

10 May 2026 21:53
78
Füzuli Məmmədovdan “Turan Tovuz” etirafı

Futbol üzrə “Karvan-Yevlax” komandasının baş məşqçisi Füzuli Məmmədov “Turan Tovuz”la matçdan sonra jurnalistlərin suallarını cavablandırıb.

İdman.Biz xəbər verir ki, mütəxəssis oyunun gözlənildiyi kimi gərgin keçdiyini bildirib. O, hər iki komandanın meydanda döyüşkən futbol sərgilədiyini vurğulayıb.

“Oyun gözlədiyimiz kimi gərgin keçdi. Hər iki komanda meydanda əməlli-başlı döyüşkən futbol sərgilədi. Rəqibi də tam təhlil etmişdik. Futbolçularımızı oyuna qələbə üçün kökləmişdik. Onlar bunu etmək üçün çox mübarizə apardılar. Bir qol oyunun taleyini həll etdi”, - deyə Məmmədov bildirib.

Baş məşqçinin sözlərinə görə, komanda oyun ərzində hesabı dəyişmək üçün taktiki addımlar atıb:

“Oyunun gedişində sistem dəyişikliyi edib hesabı bərabərləşdirmək, sonra da qələbə üçün əvəzetmələr etdik. Amma “Turan Tovuz”un müdafiə xətti çox yaxşıdır. Çalışdıq ki, rəqib səhv etsin. Bir qol epizodumuz oldu, onu da reallaşdıra bilmədik”.

Mütəxəssis məğlubiyyətdən sonra futbolçularına təşəkkür edib və rəqibi avrokuboklara vəsiqə münasibətilə təbrik edib:

“Uduzduq. Artıq söz deyə bilmirəm. Hər futbolçuya təşəkkür edirəm. “Turan Tovuz”u təbrik edirəm, avrokuboklarda onlara uğurlar arzulayıram”.

İdman.Biz