Futbol üzrə İkinci Liqada çıxış edən “Şəki Siti” komandasının üzvü Rəsul İbrahimov mükafatlandırılıb.
İdman.Biz xəbər verir ki, futbolçu “Ayın qolu” layihəsi çərçivəsində aprel ayının ən yaxşı qolunun müəllifi seçilib.
Rəsul İbrahimova mükafat İkinci Liqanın 26-cı turunda keçirilən “Şəki Siti” – “Göygöl” matçından əvvəl təqdim olunub. Mükafatı ona Peşəkar Futbol Liqasının Media şöbəsinin rəisi Müzəffər Müzəffərli verib.
