AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində 16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandasının Bakıda təşkil olunacaq UEFA İnkişaf Turnirindəki oyunları FIFA+ TV tərəfindən canlı yayımlanacaq.
İdman.Biz xəbər verir ki, mayın 6-da Azərbaycan - Litva (17:00), 8-də Azərbaycan - Rumıniya (17:00) və 11-də keçiriləcək Azərbaycan - Gürcüstan (12:00) görüşləri platformada göstəriləcək.
Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:
Azərbaycan - Litva Azərbaycan - Rumıniya Azərbaycan - Gürcüstan
Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.
