İspaniyanın “Atletik Bilbao” futbol komandası yeni baş məşqçisini rəsmən açıqlayıb.
İdman.Biz xəbər verir ki, Edin Terziç növbəti mövsümdən etibarən Bilbao təmsilçisinin sükanı arxasına keçəcək.
Almaniyalı mütəxəssislə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Qeyd edək ki, Terziç 2020-2024-cü illər ərzində “Borussiya Dortmund” futbol komandasının baş məşqçisi olub.
