Joze Mourinyonun böyük şoku: Məğlub olmadan çempionluğu itirdi

5 May 2026 15:25
153
Joze Mourinyonun böyük şoku: Məğlub olmadan çempionluğu itirdi

Portuqaliya Superliqasında mövsümün bitməsinə iki tur qalmış maraqlı və nadir rastlanan mənzərə yaranıb. Joze Mourinyonun baş məşqçisi olduğu Portuqaliyanın “Benfika” futbol komandası liqada heç bir məğlubiyyət almamasına baxmayaraq, çempionluq yarışında məğlub olub.

İdman.Biz xəbər verir ki, həftəsonu keçirilən oyunlardan sonra “Porto” ən yaxın izləyicisi ilə aradakı xal fərqini doqquza çatdıraraq çempionluğunu rəsmiləşdirib. Andre Villaş-Boaşın rəhbərlik etdiyi “Porto” mövsüm ərzində cəmi bir dəfə məğlub olmaqla daha stabil performans nümayiş etdirib.

“Benfika”nın uğursuzluğuna mövsüm ərzində qeydə alınan 10 heç-heçə səbəb olub. Məhz bu xal itkiləri Lissabon təmsilçisinin çempionluqdan uzaq qalması ilə nəticələnib.

Joze Mourinyonun yetirmələri qalan “Braqa” və “Estoril” matçlarından da məğlubiyyətsiz ayrılsalar, mövsümü yenilməzliklə tamamlayacaqlar. Buna baxmayaraq, komanda Avropa futbolunda nadir görünən “məğlub olmadan çempion ola bilməyən klublar” siyahısına adını yazdıracaq.

Qeyd edək ki, “Benfika” buna bənzər hadisəni 1977-78 mövsümündə də yaşayıb. Həmin vaxt da “Porto” daha az heç-heçə etdiyi üçün top fərqi ilə çempionluğa çatan tərəf olub.

İdman.Biz