“Bavariya”da yeni Kvaratsxeliya

5 May 2026 15:07
108
“Bavariya”da yeni Kvaratsxeliya

Almaniyanın “Bavariya” futbol komandası Gürcüstan millisinin ulduzu Xviça Kvaratsxeliyanın kiçik qardaşını heyətinə qatmağa hazırlaşır. Söhbət 16 yaşlı Tornike Kvaratsxeliyadan gedir.

İdman.Biz “Goal” nəşrinə istinadla xəbər verir ki, Kvaratsxeliya artıq Münhen şəhərindədir. Onun yaxın vaxtlarda klub rəhbərliyi ilə görüşəcəyi və keçid detallarını müzakirə edəcəyi gözlənilir.

Hazırda Gürcüstanın “Dinamo Tbilisi” futbol komandasının ehtiyat heyətində çıxış edən Tornike oyun tərzi ilə böyük qardaşını xatırladır. O da Xviça kimi hücumun sol cinahında çıxış edir.

İdman.Biz