Çempionlar Liqasında mübarizə aparan Avropa nəhəngləri arasında qəribə otel rəqabəti yaranıb.
İdman.Biz xəbər verir ki, İspaniyanın “Atletiko” futbol komandasının baş məşqçisi Dieqo Simeone komandanın oktyabr ayında liqa mərhələsində İngiltərənin “Arsenal” futbol komandasına dördsıfırlı hesabla məğlub olduğu oteldə qalmaqdan imtina edib.
Mütəxəssis jurnalistlərə bunun xurafatla deyil, iqtisadi məsələlərlə bağlı olduğunu bildirsə də, Madrid təmsilçisi artıq başqa otelə köçüb.
PSJ isə tam əksinə, ötən mövsüm Çempionlar Liqasının finalı öncəsi gecələdiyi Münhen otelində qalmaq niyyətindədir. Lakin Almaniyanın “Bavariya” futbol komandası rəqibindən daha çevik tərpənərək həmin oteli özü üçün sifariş edib və artıq oraya yerləşib.
